RELIABLE PARTNER
(+99412) 432 07 44

1C CRM Azərbaycan

                                                        Şirkətə CRM nə vaxt lazım olur?01.png

Dağınıq müştəri bazası. Müştərilər, şəriklər, malgöndərənlər, rəqiblər haqqında məlumatlar müxtəlif mənbələrdə yerləşir.  Məlumatlar əlçatan deyil.

  • Müştərilərlə təmasların tarixi dağınıqdır və ya qeyd olunmur.

  • Şirkət daxili sənəd dövriyyəsində itgilər səbəbindən əsas biznes proseslərin işinin pozulması

  • Reqlamentar və təsdiq olunmuş biznes proseslər avtomatlaşdırılmamışdır və şirkətin “iş mühütinə” tətbiq edilməmişdir.

  • Şirkətə satışlar üzrə biznes proseslərin  aktiv idarəedilməsi üçün  proqnozlaşdırılma alətinə ehtiyac olması.

  • Müştəri bazasının analizinin, satışlar, alışlar üzrə kompleks hesabatların, müştərilərlə təmas tarixləri hesabatlarının, tərtibinin qeyri-mümkünlüyü.

  • Mütərilərin şikayətləri itirilir, vaxtında baxılmır. Şikayətlərin növləri üzrə və şirkətin menecerləri üzrə  hesabatların tərtib olunmasının qeyri-mümkünlüyü.

  • Şirkətin əməkdaşlarının bilik və təcrübələri cəmləşmir, ancaq onların başlarında yer alır, təcrübəli işçidən yeni işçiyə biliklərin verilməsi çox vaxt aparır və nəticədə şirkətin itkilərinin artmasına səbəb olur, satışlar azalır.

İşdə çoxlu yeknəsəkliyə yol verilir:

  • Əməkdaşlar müştərilərin eyni cür suallarına təkrarən cavab verməklə vaxt itgisinə yol verirlər.

  • Menecerlər hər həftə saatlarla satışlar üzrə hesabatların hazırlanmasına və rəhbərlərlə operativ fəaliyyətə aid sualların müzakirəsinə vaxt sərf edirlər. 

  • Menecer tərəfindən sadə bir müqavilənin və ya kommersiya təklifinin hazırlanması yarım saatdan çox vaxt tələb edir.

  • Rəhbər iş gününün yarısını işçilərin fəaliyyətinin nəzarətinə həsr edir.

Marketinq, satış və xidmət şöbələrinin işçi heyətinin artım sürəti, şirkətin dövriyyəsinin artma sürətindən yüksək olur

Əgər sadalanan problemlər sizin şirkətinizdə vardırsa, onda CRM-sistem onların həllində kömək edə bilər.

Ətraflı  

Возврат к списку

X

Задать вопрос